Cyber Security Essentials tədris proqramına təkcə nəzəri biliklər deyil, həmçinin, avadanlıqlar üzrə təcrübə məşğələləri də daxildir. Müxtəlif virtual və real alətlərlə keçiriləcək simulyasiyalar sizə nasazlıqları aşkarlamaq, aradan qaldırmaq və nəzəri biliklərinizi təcrübəyə tətbiq etmək imkanı yaradacaq. Təlim Help Desk, kompüterin avadanlıq təminatı, əməliyyat sistemləri, şəbəkə və təhlükəsizliyin əsasları ilə əlaqəli mövzuları əhatə edir.
Təlim zamanı kompüterin avadanlıq təminatı ilə bağlı problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması üsulları, şəbəkə komponentləri, şəbəkə kabelləri ilə iş, lokal şəbəkənin qurulması, əməliyyat sisteminin qurulması, əməliyyat sistemində olan problemlərin aradan qaldırılması, IT xidmətin təşkili və istifadəçilərlə işləmək üçün bütün biliklər öyrədilir.
Nə öyrənəcəksiniz
- Beynəlxalq tədris resurslarına giriş: Cisco Netacad.com portalının istifadəsi “IT Essentials”
- Fərdi Kompüter ilə Tanışlıq
- Laboratoriya İşi Prosedurları və Vəsait İstifadəsi ilə Tanışlıq
- Kompüterin Yığılması
- Profilaktik İşlərin Ümumi Baxışı
- Windows-un Quraşdırılması
- Windows Sazlama və İdarəetmə
- Şəbəkə Konseptləri
- Tətbiqi Şəbəkələr
- Laptop və Mobil Cihazlar
- Mobil, Linux və OS X Əməliyyat Sistemləri
- Printerlər, Monitorlar
- Təhlükəsizlik
- Müasir IT Peşəkarı
- Geniş Problemlərin Həlli və Call Center
Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 2 istiqamətdə (iştirakçı, fərqlənmə) sertifikat təqdim olunacaq.
Dərslər ən yeni texnologiyalar ilə təchiz edilmiş sinif otaqlarında müəllimimiz Tamraz Askerov tərəfindən həftədə 2 dəfə olmaqla 3 ay müddətində nəzəri və praktiki şəkildə online və ya offline tədris edilir.