“IDTECH Academy” Fortinet NSE 4 təlimi
Proqram FortiGate security və FortiGate infrastructure olaraq iki əsaslı bölmələri əhatə edəcək. Həmin proqramın kurikulum təlimi Mütəxəsis və tələbələrə Fortinet şəbəkə təhlükəsizliyini və onun xüsusiyyətlərini qavramaqda yardım edəcək.
Əldə edilən bilik və bacarıqlar proqramı tamamlaya bilən gələcəyin informasiya təhlükəsizliyi mühəndislərinin istənilən təşkilat / şirkətin informasiya texnologiyaları infrastrukturunu idarə etmək, eləcə də müasir dövrün kibertəhlükəsizlik problemləri və onların həll edilməsi istiqamətində daha da püxtələşmək imkanlarını artıracaq.
Təlim beynəlxalq NSE 7 arxitekt statuslu peşəkar ekspert ORKHAN JABRAYILOV tərəfindən tədris olunacaq.