Azərbaycan Texniki Universiteti, IDTECH Academy və AVİCOM MMC arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

👉 Memorandum “Azərbaycan Texniki Universiteti” -nin (AzTU) rektoru Vilayət Vəliyev, “IDTECH Academy”-nin direktoru Samir Nuriyev və “AVİCOM MMC” -nin direktoru Rəşad Nəsirov tərəfindən imzalanıb.
Əməkdaşlıq haqqında bu memorandum Azərbaycan Respublikasının qanunvericiliyinə, Universitetin və Cəmiyyətin nizamnamələrinə və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq elm və sənaye sahələri arasında praktiki əlaqələrin genişləndirilməsi, tələbələrin peşə təhsili və təlimi proqramının praktiki hissəsini mənimsəməsi, o cümlədən yeni və müasir peşələrin öyrənilməsi, sertifikatlaşdırma proqramların təşkili məqsədilə, bu xüsusda birgə proqramların təşkilinə və digər oxşar məsələlər ilə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyir ❗
🎓 Qurulan əməkdaşlığın əsas məqsədi, cəmiyyətimizin gələcəyi olan gənclərin nəzəri biliklərinə praktik biliklər əlavə etməklə onları əsl peşəkar kimi yetişdirməkdir.
📞 Bizimlə əlaqə:
☎ 012 460 70 30
📲 055 470 70 30
🔗 academy@idtech.az
📍 Bakı Şəhəri, Azad Mirzəyev 29B

Peşəkar olmaq üçün 6 addım

QEYDİYYAT

Qeydiyyatdan keçmək üçün sadəcə saytımıza daxil olmaq, e-poçt yazmaq, mesaj göndərmək və ya zəng etmək kifayətdir.

ÖDƏNİŞ

Ödəniş sizə təqdim olunan link vasitəsilə edilə bilər.

BAŞLANĞIC

Təlim tanışlıq dərsindən sonra başlayır.

TƏLİM

Təlim müddətində sizə lazım olan tədris materialları elektron formatda təqdim olunur.

İnteraktiv Əlaqə

Təlimçi və tələbələr mütəmadi olaraq bir-birlərinə rəy verir və təlim prosesinə nəzarət edirlər.

İmtahan

Təlimin sonunda daxili imtahan verilir və sertifikat verilir.

Digər kurslar

Sizin hər hansı bir sualınız varmı?

Sizin üçün əlverişli bir mesajlaşmada sual verin