Memorandum “Azərbaycan Texniki Universiteti” -nin (AzTU) rektoru Vilayət Vəliyev, “IDTECH Academy”-nin direktoru Samir Nuriyev və “AVİCOM MMC” -nin direktoru Rəşad Nəsirov tərəfindən imzalanıb.
Əməkdaşlıq haqqında bu memorandum Azərbaycan Respublikasının qanunvericiliyinə, Universitetin və Cəmiyyətin nizamnamələrinə və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq elm və sənaye sahələri arasında praktiki əlaqələrin genişləndirilməsi, tələbələrin peşə təhsili və təlimi proqramının praktiki hissəsini mənimsəməsi, o cümlədən yeni və müasir peşələrin öyrənilməsi, sertifikatlaşdırma proqramların təşkili məqsədilə, bu xüsusda birgə proqramların təşkilinə və digər oxşar məsələlər ilə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyir
Qurulan əməkdaşlığın əsas məqsədi, cəmiyyətimizin gələcəyi olan gənclərin nəzəri biliklərinə praktik biliklər əlavə etməklə onları əsl peşəkar kimi yetişdirməkdir.
Bizimlə əlaqə:
012 460 70 30
055 470 70 30
academy@idtech.az
Bakı Şəhəri, Azad Mirzəyev 29B