Backend kursu
Backend kursu ilə server tərəfi, API və verilənlər bazası ilə işləməyi öyrənin.
- API
- Database
- Server məntiqi
- Təhlükəsizlik əsasları
Backend proqramlaşdırma kursu server məntiqi, REST API və data modellərini praktik layihələrlə öyrədir.
Backend dərsləri Linux və DevOps bilikləri ilə güclənir — deploy və əməliyyat anlayışı artıq üstünlükdür.
Kimlər üçün?
- Server tərəfini öyrənmək istəyənlər
- Frontend-dən full-stack-ə keçənlər
- API və database maraqlananlar
Nəticə
- API dizaynı
- DB ilə iş
- Autentifikasiya əsasları
- Backend portfolio
Uyğun kurslar
- CCNP Enterprise: Core Networking (ENCOR 350-401)
Enterprise şəbəkələrini layihələndirmək, qurmaq və nasazlıqları aradan qaldırmaq üçün lazım olan bacarıqlara yiyələnin. Bu kurs kommutasiya, marşrutlama, təhlükəsizlik, virtualizasiya, proqramlaşdırılabilən və proqram təminatı ilə idarə olunan şəbəkələri (SD-Access və SD-WAN overlay dizaynı daxil olmaqla) əhatə edir. Siz EIGRP, OSPF və BGP kimi marşrutlama protokollarını optimallaşdıracaq, enterprise infrastrukturunun təhlükəsizliyini təmin edəcək, sadə Python skriptlər yazacaq və API-lər vasitəsilə şəbəkələri avtomatlaşdıracaqsınız.
- Enterprise Windows System Administration
Bu təlim, iştirakçılara böyük şirkət və təşkilatların İT infrastrukturunu peşəkar səviyyədə idarə etmək üçün lazım olan bilik və bacarıqları qazandırır. Təlim çərçivəsində irimiqyaslı server şəbəkələrinin qurulması, əməliyyat sistemlərinin (Linux/Windows Server) idarə edilməsi, məlumatların saxlanılması (Storage), bulud texnologiyaları və sistem təhlükəsizliyi mövzuları praktiki olaraq öyrədilir. Məqsəd, sistemlərin fasiləsiz, təhlükəsiz və dayanıqlı işləməsini təmin edən yüksəkixtisaslı sistem inzibatçıları (SysAdmin) yetişdirməkdir.
- Data Analitika
Data Analitika kursu texniki biliyi olmayan şagirdlərə data analitikasının tam iş axınını — datanın toplanması, təmizlənməsi, analizi, vizuallaşdırılması və nəticələrin təqdim edilməsini — beş modul (Statistika, Excel, SQL, Power BI, Python) üzərindən praktik şəkildə öyrədir. Hər yeni modul əvvəlki modulların biliklərini aktiv təkrar etdirir, nəzəri hissə minimum, praktika maksimum səviyyədə saxlanılır.
- Java SE və Microservices
Java SE & Microservices kursu Java ilə backend proqramlaşdırmaya başlamaq və microservice arxitekturası ilə real layihələr hazırlamaq istəyənlər üçün praktiki proqramdır. Kursda Java SE əsasları (OOP, collections, exceptions), SOLID prinsipləri, clean code yanaşması, SQL və ORM (JPA/Hibernate), REST API hazırlanması, Spring Boot əsasları, microservice konseptləri, configuration, service-to-service kommunikasiya, basic security və deployment yanaşmaları öyrədilir. Təlim layihə əsaslıdır: iştirakçılar real backend servis qurur, API-lər yazır və portfoliaya uyğun nəticə əldə edirlər.
- Süni İntellekt (AI)
Süni İntellekt (AI) kursu data əsaslı modellər qurmaq, maşın öyrənməsi alqoritmlərini anlamaq və real problemlərə tətbiq etmək istəyənlər üçün praktiki proqramdır. Kurs çərçivəsində Python ilə data işləmə, statistik əsaslar, supervised və unsupervised learning, model qiymətləndirmə, feature engineering, overfitting/underfitting, basic deep learning anlayışları və real dataset-lər üzərində layihə tapşırıqları öyrədilir. Təlim iştirakçılara AI/ML sahəsində başlanğıc səviyyədə işləmək üçün tələb olunan fundamental bilik və praktiki bacarıqları formalaşdırır.
FAQ
- Backend kursu hansı dillərdədir?
- Proqramdan asılıdır (məs. Python, Node, Java). Dəqiq stack kurs səhifəsində göstərilir.
- Frontend bilmək lazımdırmı?
- Vacib deyil, amma əsaslar kömək edir. Frontend kursu ilə birlikdə planlaşdırmaq olar.