IT Essentials kursu IT sahəsində ilkin səviyyə işlər üçün lazım olan fundamental kompüter bilikləri və karyera bacarıqlarını əhatə edir. Bu tədris proqramına təkcə nəzəri biliklər deyil, həmçinin, avadanlıqlar üzrə təcrübə məşğələləri də daxildir. Müxtəlif virtual və real alətlərlə keçiriləcək simulyasiyalar sizə nasazlıqları aşkarlamaq, aradan qaldırmaq və nəzəri biliklərinizi təcrübəyə tətbiq etmək imkanı yaradacaq.
Nə öyrənəcəksiniz?
- Beynəlxalq tədris resurslarına giriş: Cisco Netacad.com portalının istifadəsi “IT Essentials”
- Fərdi Kompüter ilə Tanışlıq
- Laboratoriya İşi Prosedurları və Vəsait İstifadəsi ilə Tanışlıq
- Kompüterin Yığılması
- Profilaktik İşlərin Ümumi Baxışı
- Windows-un Quraşdırılması
- Windows Sazlama və İdarəetmə
- Şəbəkə Konseptləri
- Tətbiqi Şəbəkələr
- Laptop və Mobil Cihazlar
- Mobil, Linux və OS X Əməliyyat Sistemləri
- Printerlər, Monitorlar
- Təhlükəsizlik
- Müasir IT Peşəkarı
- Geniş Problemlərin Həlli və Call Center
SERTİFİKAT: Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara IDTECH Academy tərəfindən sertifikat veriləcək. İmtahandan uğurla keçən tələbələr Cisco sertifikatını pulsuz əldə edirlər.