
Rauf
Vəlicanov
IDSCHOOL
Elektrik və Elektronika Mühəndisliyi üzrə təhsil alan və Embedded Systems sahəsində ixtisaslaşan gənc mütəxəssisdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elektrik və Elektronika Mühəndisliyi ixtisası üzrə bakalavr təhsilini davam etdirir. AVR və ARM əsaslı mikrokontrollerlər (STM32, ESP32, ATmega, PIC) ilə praktiki təcrübəyə malikdir. C proqramlaşdırma dili üzrə güclü biliklərə sahibdir, eyni zamanda C++, C#, eləcə də HTML, CSS və SQL texnologiyaları üzrə bacarıqlarını inkişaf etdirir. Elektronika sahəsində PCB dizaynı, sxemlərin hazırlanması və elektron qurğuların təmiri üzrə praktiki işlər görmüşdür. Peşəkar fəaliyyəti çərçivəsində: Texnolab MMC-də Electronics Engineer (Intern) kimi çalışaraq pilotsuz uçuş aparatları üçün nəzərdə tutulan qurğuların PCB və hardware dizaynında iştirak etmişdir; CBM Engineering LLC və Allsmart Technologies MMC-də Embedded Engineer vəzifəsində çalışaraq STM32, ESP32 və PIC əsaslı sistemlər, sensor inteqrasiyaları, UART, I2C, SPI, Modbus, MQTT və CAN protokolları ilə layihələr həyata keçirmişdir; Ağıllı ev sistemləri, hava keyfiyyəti monitorinqi və IoT əsaslı layihələr üzərində çalışmışdır. Hal-hazırda IDSCHOOL-da Electronics Trainer kimi fəaliyyət göstərir, uşaqlara robototexnika, elektronika, Arduino proqramlaşdırması, mekatronika və sxem dizaynı üzrə praktiki təlimlər keçir, onları real layihələr üzərində işləməyə yönləndirir.