Erol Məsimov

Erol Məsimov

SOCAR

10 ildən artıq peşəkar təcrübəyə malik Data Analyst. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Senior Data Analyst vəzifəsində çalışır. Data analitika, biznes proseslərinin təhlili və maliyyə hesabatları sahəsində ixtisaslaşmışdır. Satınalma və əməliyyat analitikası istiqamətində analitik modellərin qurulması, eləcə də qərarverməni dəstəkləyən hesabat sistemlərinin hazırlanması ilə məşğul olur. SOCAR-dan əvvəl bank sektorunda Expressbank-da Audit Data Analyst kimi fəaliyyət göstərmişdir. Bu dövrdə fraud ssenarilərinin qurulması, maliyyə monitorinqi, data keyfiyyətinə nəzarət, audit üçün avtomatlaşdırılmış analitika və hesabatlıq həllərinin yaradılması üzrə işlər görmüşdür. Karyerası Azərbaycan, Türkiyə və Böyük Britaniyanı əhatə edir. Bu beynəlxalq təcrübə ona fərqli biznes mədəniyyətləri, hesabat standartları və analitik yanaşmalarla işləmək imkanı qazandırmışdır.

WhatsApp-a keç