Elza Babalı

Elza Babalı

Kaspi International School

Elza Babalı Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası üzrə bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, Dilşünaslıq (ingilis dili üzrə) ixtisası üzrə magistratura təhsilini isə eyni universitetdə başa vurmuşdur. Bundan əlavə, ABŞ-ın Arizona Dövlət Universiteti tərəfindən təqdim olunan TESOL (Teaching English to Speakers of Other Languages) proqramını uğurla tamamlamış və müvafiq beynəlxalq sertifikata malikdir. Beynəlxalq Bakalavr (IB) akkreditasiyalı instraktordur və artıq 5 ildən çoxdur ki, IB PYP proqramı çərçivəsində davamlı olaraq beynəlxalq təlim və workshoplarda iştirak edir. Onun əsas iştirak etdiyi peşəkar inkişaf istiqamətləri “Differentiation in the classroom”, “Inquiry-based learning”, eləcə də tələbə və şagirdyönümlü reflektiv tədris metodikalarıdır. O, hazırda Kaspi International School-da Homeroom Teacher olaraq fəaliyyət göstərir və IB PYP çərçivəsində şagirdlərin akademik və sosial inkişafına rəhbərlik edir. Pedaqoji fəaliyyəti ərzində müxtəlif yaş qrupları ilə — uşaqlar, yeniyetmələr və böyüklərlə — çalışmış, əsasən Ümumi İngilis dili, Business English, IELTS hazırlığı, eləcə də IB PYP çərçivəsində CLIL əsaslı “Math in English” dərsləri üzrə ixtisaslaşmışdır. Hazırda IDLANG Academy-nin İcraçı meneceri və aparıcı müəllimidir. Tədris fəaliyyətində beynəlxalq standartlara əsaslanan, kommunikativ, praktik və inquiry-based yanaşmanı tətbiq edir, tələbələrin yalnız dil biliklərini deyil, eyni zamanda özünə inam və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Elza Babalı eyni zamanda “Hi Speaker” onlayn tədris platformasının təsisçisidir. Əsas fokusu beynəlxalq standartlara uyğun onlayn İngilis dili təhsili üzərindədir. O, onlayn təhsil sahəsində professional kimi də fəaliyyət göstərir və müxtəlif layihələrdə müəllimlərə və tələbələrə “online teaching methodologies”, “digital tools” və effektiv distant öyrənmə strategiyaları üzrə peşəkar dəstək verir.

WhatsApp-a keç