
Elşən
Fərzəliyev
IDTECH academy
İnformasiya Texnologiyaları və Sistemləri üzrə bakalavr və magistr təhsilli, DevOps və sistem inzibatçılığı sahəsində ixtisaslaşmış mütəxəssisdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. 2017-ci ildən etibarən İT sahəsində fəaliyyət göstərir. Karyerası ərzində IT Help-Desk Texniki Mütəxəssisi, Linux/Windows Sistem Administratoru, DevOps Engineer, Senior DevOps Engineer və DevOps Komanda Rəhbəri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyində Linux/Windows Sistem Administratoru kimi fəaliyyət göstərib. Hal-hazırda IDTECH Academy-nin direktorudur və RHCSA və DevOps təlimlərini tədris edir, eyni zamanda Bakı Ali Neft Məktəbində Linux/DevOps müəllimi kimi çalışır. Bununla yanaşı, İKtex şirkətində DevOps üzrə baş mühəndisdir və Topdone.az startapının həmtəsisçisidir. CKA (Certified Kubernetes Administrator), AWS Certified Solutions Architect – Associate, RHCSA, ITIL 4 Foundation, PRINCE2 Foundation, DevOps Fundamentals (ABB Tech Academy), MCSA və MTA sertifikatlarına malikdir. Bundan əlavə, ITalks Azerbaijan layihəsinin təsisçisidir.