Çingiz Əliyev

Çingiz Əliyev

Avıcom LLC

Linux və DevOps sahəsində ixtisaslaşmış, 6 ildən artıq İT təcrübəsinə malik mütəxəssisdir. Hal-hazırda Avıcom LLC-də Senior Linux / DevOps Engineer vəzifəsində çalışır. Peşəkar fəaliyyəti çərçivəsində Linux serverlərinin (RHEL, CentOS, Ubuntu) idarə olunması, Bash ilə avtomatlaşdırma, sistem servis və təhlükəsizlik sazlamaları, Docker və Podman konteyner texnologiyaları, GitLab CI/CD, Kubernetes əsas resursları, HAProxy load balancing, eləcə də Prometheus və Grafana ilə monitorinq sahələrində geniş praktiki təcrübəyə malikdir. Azercard LLC-də Duty Linux Administrator, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Senior IT Specialist / Linux Administrator, Veysəloğlu Şirkətlər Qrupunda IT Help Desk həmçinin Maliyyə Nazirliyi Yaninda Dövlət Xəzinədarlıq Agentliyində Senior Linux / DevOps Engineer vəzifələrində çalışmışdır, bu rollarda Linux sistemlərinin qurulması, idarə olunması, təhlükəsizliyi və istifadəçi dəstəyi üzrə fəaliyyət göstərmişdir. RHCSA, CKA sertifikatlarına malikdir. Hal-hazırda IDTECH Academy-də “Linux Foundation” və “Linux Administrator” təlimləri üzrə təlimçi kimi fəaliyyət göstərir, eyni zamanda tələbələri Red Hat sertifikasiya imtahanlarına hazırlayır.

WhatsApp-a keç