
Azər
Müslümzadə
CBM Engineering şirkəti
Azər Müslümzadə Elektrik və Elektronika Mühəndisliyi üzrə təhsil alan və Elektronika mühəndisliyi sahəsində ixtisaslaşan gənc mütəxəssisdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elektrik və Elektronika Mühəndisliyi ixtisası üzrə bakalavr təhsilini davam etdirir. 2023-cü ildən etibarən CBM Engineering şirkətində Junior Electronics Specialist kimi fəaliyyət göstərir və sənaye və diaqnostika avadanlıqlarının tam inkişaf dövründə (hardware + software) aktiv iştirak edir. İlkin mərhələdə ölçmə və idarəetmə sistemləri üçün istifadəçi interfeyslərinin (UI) dizaynı ilə məşğul olmuş, daha sonra məhsul dizaynı, mexaniki quruluş, 3D modelləşdirmə və PCB dizaynı istiqamətlərində fəaliyyətini genişləndirmişdir. Peşəkar fəaliyyəti çərçivəsində AutoCAD, Fusion 360 və EasyEDA alətləri ilə 3D modellər, istehsala hazır PCB-lər və texniki çertyojlar hazırlamışdır. Breather Project çərçivəsində elektron sxemlərin qurulması, sensorların seçilməsi və inteqrasiyası, test və debug proseslərində iştirak etmiş, həmçinin texniki sənədləşmə işlərini həyata keçirmişdir. Hazırda Air Gap Inspector Analyzer (generator rotorlarının yoxlanılması üçün maqnit robotu) və Air Quality Analyzer kimi R&D layihələrində çalışır. Bu layihələrdə elektronika dizaynı, embedded proqramlaşdırma, 3D modelləşdirmə və Figma üzərindən UI/UX dizaynı birgə tətbiq edir. Əsas bacarıqlarına analog və rəqəmsal elektronika, PCB dizaynı, embedded sistemlər, Python, C, C++ proqramlaşdırma dilləri, avadanlıqların təmiri və UI/UX dizayn daxildir.