Asif Rzayev

Asif Rzayev

Azərbaycan Respublikası Mərkəzi Bankı

İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində 7 ildən artıq, informasiya təhlükəsizliyi və GRC (Governance, Risk, Compliance) istiqamətində isə 6 ilə yaxın peşəkar təcrübəyə malik təlimçidir. Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsində, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə bakalavr və magistr pillələri üzrə tamamlamışdır. Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankında maliyyə bazarları üzrə informasiya və kibertəhlükəsizlik nəzarəti bölməsinin rəhbəri üzrə çalışır. Bundan əvvəl Kapital Bank, PAŞA Technology və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kimi nüfuzlu qurumlarda informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərmişdir. Peşəkar fəaliyyəti çərçivəsində informasiya təhlükəsizliyi idarəetməsi, risklərin qiymətləndirilməsi, uyğunluq (compliance), daxili nəzarət mexanizmləri və İT audit proseslərinin qurulması və təkmilləşdirilməsi üzrə geniş praktiki təcrübəyə malikdir. Hazırda akademiyada GRC və İT Audit istiqamətləri üzrə təlimlər tədris edir və tələbələrə real korporativ mühitdə tətbiq olunan beynəlxalq yanaşmaları öyrədir.

WhatsApp-a keç